Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Kir Starmerlə rusiyalı milyarder Roman Abramoviçin “Çelsi” futbol klubunun satışından əldə olunan 2,4 milyard funt sterlinq vəsaitin Ukraynaya yönəldilməsi imkanını müzakirə etdiyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, həmin vəsait yalnız humanitar məqsədlər üçün deyil, həm də Ukraynanın enerji infrastrukturunu raket hücumlarından qoruyan hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinə sərf oluna bilər.
Ukrayna lideri bildirib ki, məsələ kifayət qədər mürəkkəbdir və hazırda diplomatik səviyyədə müzakirələr davam edir.
Zelenski çıxışı zamanı Roman Abramoviçlə ötən ay Kiyevdə keçirdiyi görüşə də zarafatla toxunub.
O, qeyd edib ki, iş adamı həmin pulları özü ilə gətirməyib.
Müşviq Tofiqoğlu
KONKRET.az
