Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna prezidenti Vladimir Zelenskinin Moskva yaxınlığındakı Crocus City Hallda baş verən terror aktında Rusiya hakimiyyətinin əli olması ilə bağlı reaksiyasını qiymətləndirib.
KONKRET.az xəbər verir ki, o, Ukrayna liderinin belə bəyanatla çıxış edən yeganə şəxs olduğunu deyib. Zaxarovanın sözlərinə görə, Zelenskinin terror aktına reaksiyası Rusiyanı dəhşətə gətirib.
Bundan əlavə, diplomat əmindir ki, Ukrayna rəhbərinin bəyanatı onu ifşa edib. “Oğrunun papağı yanır”, – deyə Zaxarova əlavə edib.
Daha sonra XİN rəsmisi qeyd edib ki, ABŞ və Ukrayna arasında terror aktının təşkilatçısı ilə bağlı fikir ayrılığı yaranıb.
“Ukrayna və ABŞ Crocus City Halldakı terror aktına görə kimin məsuliyyət daşıdığına dair ortaq versiyaya gələ bilməyiblər. Ağ Ev faciədə “İslam Dövləti”ni (İŞİD, Rusiya Federasiyasında qadağan olunmuş terror təşkilatı) günahlandırır, Kiyev isə öz növbəsində Rusiyanın bu işdə iştirakını bəyan edir. Bununla da, Amerika və Ukrayna tərəfləri yalan danışdığını ortaya qoyur”, – Zaxarova bildirib.
Günel Mikayılova,
KONKRET.az

Bu q….ə artıq gah MDB ölkələrini gah Avropanı gah ABŞ-ı günahlandırır əndazə bilməyən sürtük!!