Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya lideri Vladimir Putinin ətrafında müharibənin davam etdirilməsi və dayandırılması ilə bağlı fərqli mövqelər mövcuddur.
KONKRET.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, Putinin ətrafındakı şəxslərin bir qismi Ukraynaya qarşı müharibənin davam etdirilməsinin tərəfdarı olsa da, digər qismi onun dayandırılmasını istəyir.
Zelenski qeyd edib ki, Rusiyaya qarşı Qərb ölkələrinin tətbiq etdiyi sanksiyaların saxlanılması və daha da gücləndirilməsi sülhün yaxınlaşmasına kömək edə bilər. O, xüsusilə Rusiyanın “kölgə donanması”na və iqtisadiyyatın digər sahələrinə qarşı təzyiqlərin artırılmasının vacibliyini qeyd edib.
Ukrayna Prezidenti həmçinin bildirib ki, Kiyev müharibənin dayandırılması ilə bağlı danışıqlara əvvəldən hazır olub və indi də dialoqa açıqdır.
Bununla belə, o, Ukraynanın ərazi güzəştlərinə getməyəcəyini vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
