Zəlzələdən zərərçəkənlərin kommunal borcları silindibackend

Zəlzələdən zərərçəkənlərin kommunal borcları silindi

Türkiyədə zəlzələ nəticəsində ev və iş yerləri ağır və orta dərəcədə zərər görən şəxslərin elektrik və qaza olan borcları silinib.

KONKRET.az xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müvafiq qərarı “Resmi Gazete”də yayımlanıb.

Məlumata görə, sözügedən şəxslərin fevralın 6-sına qədər olan borcları silinib və bu borclar ölkənin Energetika və Təbii Sərvətlər Nazirliyi tərəfindən qarşılanacaq.

Bununla yanaşı, Adıyaman, Hatay, Kahramanmaraş və Malatyanın bütün ərazisində, Qaziantepin isə İslahiye və Nurdağı bölgələrində elektrik və qazla bağlı fevralın 6-sından sonra yaranan borcların ödənişi mayın 31-nə qədər ertələnib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*