Zəngəzurun ən böyük zavodunun işi dayandı – SƏBƏBbackend

Zəngəzurun ən böyük zavodunun işi dayandı - SƏBƏB

Elektrik enerjisinin kəsilməsi səbəbindən Ermənistanın Sünik (Zəngəzur)  rayonunda Zəngəzur mis-molibden zavodunun zənginləşdirmə zavodunun işi müvəqqəti olaraq dayandırılıb.

KONKRET.az xəbər verir ki, bu barədə şirkətin bəyanatında bildirilib. Şirkət qeyd edib ki, ötən axşam bütün bölgədə elektrik enerjisinin verilməsində  fasilələri olub və bu, emal zavodunun işinə təsir edib. Zavodun tullantı sularının axını da pozulub.

Nəticədə kanalizasiya suları Kacaran şəhərinin kommunal yollarına və Kacaran-Meğri avtomobil yoluna tökülüb. Daha sonra sızmanın qarşısı alınıb, bundan sonra yolların təhlükəli tullantılardan təmizlənməsi işlərinə başlanılıb. Fövqəladə vəziyyətlə bağlı Yerin təki və ətraf mühitin mühafizəsi üzrə müfəttişliyin rayon şöbəsi müvafiq qaydada məlumatlandırılıb.

Zəngəzur Mis-Molibden Kombinatı Ermənistanın ən böyük sənaye müəssisəsi və ən böyük vergi ödəyicisidir. Zavodun nəzarət paketinin 60%- i Rusiyanın “GeoPromining” korporasiyasıdır.

Şirkət öz portfelinin dörddə birini, yəni səhmlərin 15%-ni dövlət-özəl tərəfdaşlığı gücləndirmək üçün bir addım olaraq Ermənistan hökumətinə verib.//Cebheinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*