Zərdüşt Əlizadə SÜLHƏ mane olan GÜCLƏRDƏN danışdı – ÖZƏLbackend

Zərdüşt Əlizadə SÜLHƏ mane olan GÜCLƏRDƏN danışdı - ÖZƏL

“Vəziyyət çox mürəkkəbdir. Böyük dövlətlər problemin həllini istəmirlər. Çünki münaqişə onlara bölgədə ağalıq etmək imkanı yaradır”.

KONKRET.az-a özəl açıqlamasına belə başlayan politoloq Zərdüşt Əlizadə bildirib ki, həm Bakı, həm də İrəvan üçün bəzən böyük güclərin nəzarətindən çıxmaq çətinləşir.

Nümunə kimi Azərbaycanın barış potensialından tam istifadəsinə Moskvanın mane olduğunu deyən politoloq Ermənistanın da tələb olunan güzəştlərə getmədiyini qeyd edib.

Onun fikrincə, bu da böyük dövlətlərin mənafeyinə uyğundur. Onlar belə üsulla nisbətən zəif dövlətləri idarə etmək istəyirlər:

“Gözləmək lazımdır. Əgər ilin sonuna qədər sülh müqaviləsi imzalanmasa, Azərbaycanın Ermənistana təzyiqi artırmaq imkanları var ki, Ermənistan gerçəkliyi dərk eləsin. Anlasın ki, erməni xalqının bir nömrəli müttəfiqi nə Rusiyadır, nə Amerikadır, nə də Avropadır. Onun bir nömrəli müttəfiqləri qonşuları – Türkiyə, Azərbaycan və Gürcüstandır. Bunu anlasalar, hər şey əla olar”.

İran isə bu siyahıda da yoxdur.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*