“Zidanın Beyldən xoşu gəlmir” – menecerbackend

“Zidanın Beyldən xoşu gəlmir” – menecer

Real”ın yarımmüdafiəçisi Qaret Beylin meneceri Conatan Barnett növbəti dəfə Zinəddin Zidan haqda danışıb.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, C. Barnett “kral klubu”nunun çalışdırıcısının uelsli futbolçunu xoşlamadığını bildirib:

“Zidanın Beyldən xoşu gəlmir. Onların arasında heç bir münasibət yoxur və heç vaxt da olmayıb. Qaret “Real”da qalmaq istəyir. Cənab Zidanın bunu istədiyindən əmin deyiləm. Ancaq Beyl komandada qalmaq niyyətindədir”.

Qeyd edək ki, Beylin komandada qalmasını istəməyən Zidan onun satılmasını gözləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*