Özünü hollivud ulduzu Ancelina Coliyə bənzədən iranlı instaqram fenomeni Səhər Tabarın COVID-19-a yoluxduğu iddia olunub.
KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, Tabar Tehranda xəstəxanaya yerləşdirilib.
Həbsxana rəisi isə açıqlama verərək, onun koronavirusa yoluxmadığını bildirib.
Xatırladaq ki, “Zombi Ancelina Coli” kimi tanınan S.Tabarın Hollivud ulduzu Ancelina Coliyə bənzəmək üçün 50 plastik əməliyyat keçirdiyi qeyd edilmiş, lakin daha sonra onun kompüter proqramlarının köməyi ilə görüntüsünü dəyişdiyi ortaya çıxmışdı.
