Zuniqa Trampa xəbərdarlıq etdi: Qanlı üsyan olacaq!backend

Zuniqa Trampa xəbərdarlıq etdi: Qanlı üsyan olacaq!

ABŞ-ın sabiq prezidenti Barak Obamanın müşaviri Rikardo Zuniqa ABŞ-ın Kubaya hücumundan sonra qanlı üsyan və ya sosial çöküş olacağı barədə xəbərdarlıq edib.

KONKRET.az xəbər verir ki, o, bu barədə “Foreign Affairs” (FA) üçün yazdığı məqalədə bildirib.

Ekspert qeyd edib ki, 1960-cı illərdən bəri Vaşinqton Kubanın kommunist hökumətini devirməyə çalışıb, lakin Donald Trampın ikinci prezidentlik müddətinə qədər əksər administrasiyalar hərbi güc vasitəsilə rejim dəyişikliyinə cəhd etməkdən çəkiniblər.

Zuniqa yazır ki, hazırda ABŞ prezidentinin komandası Kuba rejiminə son qoymaq üçün bir fürsət görür:

“Kubaya qarşı müharibənin Trampın istədiyi dəyişiklikləri gətirməsi ehtimalı azdır. Kuba rejimi İranınkı qədər davamlı olmaya bilər, lakin onun liderləri Venesuela prezidenti Nikolas Madurodan daha möhkəmdirlər, ona görə də onları devirməyə cəhd etmək tez bir zamanda qələbə gətirməyəcək. Əksinə, bu, uzun müddət davam edən qanlı üsyan və ya sosial çöküş kimi bir sıra təhlükəli ssenarilərə yol açacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*