Ukraynada müharibə başlayandan bəri 100 mindən çox rusiyalı Aİ ölkələrinə köçüb.
KONKRET.az xəbər verir ki, “Eurostat”ın məlumatlarına görə, 2021-ci ilin sonunda Aİ-də qüvvədə olan yaşayış icazəsi olan Rusiya vətəndaşlarının sayı 771,8 min nəfər idisə, 2025-ci ilin yekunlarına görə bu rəqəm 876,6 min nəfər olub. Beləliklə, artım 105 min nəfər, yəni 13,6% təşkil edib.
2025-ci ilin sonuna olan vəziyyətə görə, müvəqqəti və daimi yaşayış icazəsi olan rusiyalıların ən çoxu Almaniyada yaşayır – 217 959 nəfər. Ardınca bu ölkələr gəlir:
İspaniya (116,8 min),
Estoniya (78,4 min),
Fransa (66,8 min),
İtaliya (50,5 min),
Kipr (44,8 min),
Çexiya (36,4 min).
Bu arada Latviyada yaşayış icazəsi olan Rusiya vətəndaşlarının sayı 14,9 min, Estoniyada 9 min, Çexiyada isə 7,8 min nəfər azalıb.
Müharibənin dörd tam ili ərzində ən yüksək artımı İspaniya göstərib: burada müvəqqəti və daimi yaşayış icazəsi olan rusiyalıların sayı 44,4 min nəfər, yəni 61% artıb. İkinci yerdə Kipr (+26,8 min, təxminən 2,5 dəfə artım), üçüncü yerdə isə Fransa (+13,7 min, 25% artım) gəlir. Ən az Rusiya vətəndaşı Rumıniyaya (1,5 min), Xorvatiyaya (1,7 min) və Maltaya (1,9 min) köçüb.
Rəsmiyyə Şərifova,
KONKRET.az
