104 yaşlı qadın dünyanın ən yaşlı paraşütçüsü OLDU – VİDEObackend

104 yaşlı qadın dünyanın ən yaşlı paraşütçüsü OLDU - VİDEO

ABŞ-ın Çikaqo ştatından olan 104 yaşlı Doroti Hoffner qeyri-rəsmi olaraq dünyanın ən yaşlı paraşütçüsü olub.

KONKRET.az xəbər verir ki, bu barədə Chicago Tribune məlumat yayıb.

104 yaşlı Hoffner qeyri-rəsmi olaraq paraşütlə tullanma edən ən yaşlı insan olub. Yerli sakinlər və jurnalistlər tullanış anını izləyiblər.

Bundan əvvəl rəsmi rekord 2022-ci ilin mayında isveçli 103 yaşlı Linnea Ingegerd Larsson tərəfindən müəyyən edilib. Chicago Skydive Hoffnerin adının Ginnesin Rekordlar Kitabına daxil edilməsi üçün çalışır.

Eniş etdikdən sonra Hoffner bu əlamətdar hadisəni izləmək üçün əraziyə toplaşan insnları salamladı.

“Yer üzündə olmaq gözəldir. Amma orada da gözəl idi. Bu barədə özümüz düşünsəydik, bundan yaxşı ola bilməzdi. Yaş sadəcə bir rəqəmdir, bilirsiniz”, – deyə Hoffner bildirib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*