190 manat üçün müraciət edənlərin NƏZƏRİNƏbackend

190 manat üçün müraciət edənlərin NƏZƏRİNƏ

Birdəfəlik ödəmə ilə bağlı e-sosial.az portalına müraciətlərin qəbulu dayandırılsa da, edilmiş müraciətlərə baxılması və cavablandırılması prosesi hazırda davam edir.

KONKRET.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

F.Talıbov deyib ki, ona görə kimsə müraciətinə hələ cavab verilməməsinə görə narahat olmasın:

“Müraciətlər nə qədər çox olsa belə, ən sonuncusuna qədər SMS cavab göndəriləcək.

Bu günədək artıq 400 min nəfər üçün birdəfəlik vəsait köçürülüb.

Hazırda baxılan müraciətlər əsasında da daha 200 min nəfər üçün bu ödənişlər təmin olunacaq”.

Onun sözlərinə görə, ünvanlılıq prinsipi üstün tutulmaqla, işsiz kmi qeydiyyata alınmış şəxslər arasından həqiqətən heç bir yerdən qazancı olmayan, imkansız şəxslərə bu vəsaitlər ödəniləcək.

  • Eziz Mehdiyev.C
    Aprel 28, 2020 - 07:31

    cənab prizident birdefelik ödenişlə bağlı qerarınız alqışlanır minnətdarıq .Lakin heqiqetlər başqa — nəticələr vaşqa.
    bu 190₼ ödenişden heqiqeten mən tanıyan və mən özüm işsiz olaraq 04 ayın ortalarında qeydiyyatdan kecməyimizə baxmayaq ödenişden yararlana bilməmişik bu da biz işsiz vətendaşları dahada cətin vəziyyete salmışdır.
    Sizden öz deyerinde bir cavab gözləyirik vətendaş kimi.

  • Elnara
    Aprel 29, 2020 - 12:41

    SALAM XAHIŞ EDIREM BIZIM SESIMIZE SES VERIN AYIN 9 ZNAN QEDUYATDAN KECMISEM MENE HELEDE ESEMES GELMEYIB KASIB DOLANIŞI OLMAYAN BIR QADINAM MENIM KIMI MINLERLE INSAN HELEDE ALMAYIB AXI BU NECE OLDU BU PULLARI KIM ALDI

  • Leyla
    May 4, 2020 - 21:04

    Mene 190m haqda cavb ve yaxdu duwmur haqdada sms gelmir niye? Ne vaxd gelecek?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*