“Plos One”da dərc olunan yeni təhlil iki milyon həşərat növünün yox olmaq təhlükəsi ilə üzləşdiyini, bu rəqəmin əvvəllər BMT-nin təxmin etdiyindən iki dəfə çox olduğunu müəyyən edib.
KONKRET.az xəbər verir ki, Lüksemburqdakı Milli Təbiət Tarixi Muzeyindən aparıcı tədqiqatçı Axel Hoçkirxə görə, bir çox böcək və həşəratlar təhlükə altındadır:
“Qlobal həşərat populyasiyalarında nə baş verdiyini başa düşmək məlumat çatışmazlığı səbəbindən çətin olsa da, Yer üzündəki bütün heyvanların 97%-i onurğasızlardır. Bu qrupun təxminən 90 faizi həşəratlardan ibarətdir. Onlar bitkilərin tozlanması, qida maddələrinin torpağa təkrar emalı və tullantıların parçalanması kimi həyati vacib ekosistem xidmətləri göstərir. Böcəklər olmadan planetimiz yaşaya bilməz”.
Komanda Qırmızı Siyahıda olan bütün Avropa növlərini araşdırıb. Bu, nəsli kəsilməkdə olan növlər haqqında ən əhatəli məlumat mənbəyi hesab olunur. Onlar müəyyən ediblər ki, Avropadakı onurğasız növlərinin 24%-i yox olmaq təhlükəsi ilə üz-üzədir.
Meyvə, tərəvəz və qoz-fındıq kimi bir çox vitamin və minerallarımızı təmin edən məhsullar torpağı münbit saxlamaq üçün tozlandırıcılardan və torpaq orqanizmlərindən asılıdır. Qida məhsullarının 75%-nin müəyyən dərəcədə tozlandırıcılardan asılı olduğu və qidanın 95%-nin birbaşa və ya dolayı yolla torpaqdan gəldiyi, onurğasızların da sağlamlıqlarına cavabdeh olduğu təxmin edilir.
Həşəratların tozlanması ilə çoxalan manqrovlar çirkləndiriciləri süzür, axıntıları udur. Qlobal manqrov örtüyü 1990-cı illərin sonundan bəri təxminən 35 faiz azalıb.
Quraqlıq torpaqta yaşayan həşəratları da öldürür. Eləcə də böcək populyasiyasını tamamilə yox edər.
Hazırladı: Rəsmiyyə Şərifova,
KONKRET.az
