Bu gün saat 10:00-a olan seçici fəallığı açıqlanıb.
KONKRET.az xəbər verir ki, bu barədə MSK-nın katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov qurumun Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, saat 10:00-a qədər respublika üzrə 1 259 371 nəfər səs verib. Seçici fəallığı 19,44 % olub.
F.Orucov əlavə edib ki, hesabat vermiş məntəqələrin sayı 6 493-dür.