ABŞ helikopteri qəza keçirdi: İtkin düşənlər varbackend

ABŞ helikopteri qəza keçirdi: İtkin düşənlər var

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS George H.W. Bush” təyyarədaşıyan gəmisinə təhkim olunmuş “MH-60S Seahawk” helikopteri Ərəbistan dənizində qəzaya uğrayaraq suya düşüb. Bu barədə ABŞ-nin Beşinci Donanmasının komandanlığı məlumat yayıb.

KONKRET.az xəbər verir ki, qəza zamanı göyərtədə olan dörd heyət üzvündən üçü xilas edilib və onların vəziyyəti stabil olaraq qiymətləndirilir. Hazırda dördüncü hərbçinin axtarışları davam etdirilir. İlkin məlumatlara görə, hadisənin hər hansı xarici müdaxilə və ya düşmən fəaliyyəti nəticəsində baş verdiyinə dair heç bir əlamət yoxdur; insidentin dəqiq səbəbləri araşdırılır.

Qeyd edək ki, bu, regionda son həftələr ərzində baş verən ikinci Amerika hərbi helikopter qəzasıdır. İyunun 9-da Oman körfəzində “AH-64 Apache” helikopteri qəzaya uğramışdı. Həmin vaxt ABŞ Prezidenti Donald Tramp helikopterin İran qüvvələri tərəfindən vurulduğunu bəyan etmiş, lakin heyət üzvlərinin xilas edildiyini bildirmişdi.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*