Çexiyada son 30 ilin ən böyük qoturluq epidemiyası qeydə alınıb. İlin əvvəlindən ölkədə 7 mindən çox yoluxma halı aşkarlanıb, dörd xəstə isə həyatını itirib.
KONKRET.az xəbər verir ki, bu barədə Çexiya Dövlət Səhiyyə İnstitutu məlumat yayıb.
Müqayisə üçün, ötən il ərzində Çexiyada 5 min yoluxma qeydə alınmışdı. Bu il isə yoluxma sayı artıq yarım il ərzində həmin göstəricini keçib və xəstələnmə səviyyəsi iki dəfə artıb.
Epidemioloqların məlumatına görə, ən çox yoluxma Moraviya-Sileziya vilayətində qeydə alınıb. Burada xəstələrin əksəriyyəti 19 yaşadək şəxslərdir.
Yanvarın əvvəlindən iyunun 29-dək bölgədə təxminən 670 yoluxma halı aşkarlanıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 200 nəfər çoxdur.\\oxu.az
