Venesuelada baş verən dağıdıcı zəlzələlər nəticəsində həlak olanların sayı artıb. Milli Assambleyanın spikeri Xorxe Rodriges bildirib ki, təbii fəlakət nəticəsində 2295 nəfər həyatını itirib, 11 267 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
KONKRET.az xəbər verir ki, ölkənin müvəqqəti prezidenti Delsi Rodriges Çinin bərpa işlərinə dəstək məqsədilə 17 milyon dollar məbləğində yardım ayıracağını açıqlayıb. Çin Xalq Respublikasının sədri Si Tsinpinin təsdiqlədiyi yardıma əsasən, 2 milyon dollar yaşayış binalarının bərpası proqramına, əlavə 15 milyon dollar isə ilkin zərurət mallarının, avadanlıqların və təmir üçün lazımi materialların tədarükünə yönəldiləcək.
Natiq Səlim,
KONKRET.az
