Alimlər Zimbabvedə 201-252 milyon il əvvələ aid dinozavr fosili (qalıq) aşkarlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Nature” jurnalında Yel Universitetinin alimi Kris Qriffin tərəfindən araşdırma dərc edilib.
Bildirilib ki, Afrikada tapılan ən qədim dinozavr fosili Zimbabvenin Mbire bölgəsinə görə “Mbiresaurus” adlandırılıb.
Həftələrlə davam edən qazıntı işlərində Qriffin başçılıq etdiyi alimlər və Zimbabve Təbiət Tarixi Muzeyinin əməkdaşları iştirak edib.
Qeyd edək ki, 2018-ci ildə Argentinada 201-237 milyon il əvvəl olduğu təxmin edilən nəhəng dinozavr qalığı tapılıb.
İqbal Rzayev,
KONKRET.az
