28 ölkə zəlzələ zonasında səhra xəstəxanası qurdu – FOTObackend

28 ölkə zəlzələ zonasında səhra xəstəxanası qurdu - FOTO

Türkiyə Xarici İşlər Nazirliyi fevralın 6-da baş verən zəlzələlərdən sonra xarici nümayəndəliklərin koordinasiyası ilə ölkəyə çatdırılan yardımlarla bağlı son məlumatı açıqlayıb.

KONKRET.az  “TRT Haber“ə istinadən xəbər verir ki, bu barədə Nazirliyin “Twitter” hesabında məlumat paylaşılıb.

Bildirilib ki, 28 ölkə zəlzələ bölgələrində 30 səhra xəstəxanası qurub.

Məlumatda qeyd olunub ki, indiyədək Türkiyəyə 130 785 çadır, 1168 yaşayış konteyneri və 1676 səyyar gigiyena qurğusu gətirilib. Yardım çərçivəsində 1 milyon 602 min 270 adyal, 226 min 451 yataq kisəsi, 83 min 844 çarpayı, 29 min 266 generator, 6 min 312 ton geyim, 3,476 ton gigiyenik tibbi ləvazimat və 15 min 8 ton ərzaq Türkiyəyə çatdırılıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*