35 yaşlı azərbaycanlı Türkiyədə faciəvi şəkildə öldübackend

35 yaşlı azərbaycanlı Türkiyədə faciəvi şəkildə öldü

Türkiyənin Esenler avtovağzalı yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az Türk mediasına istinadla xəbər verir ki, qəzada 35 yaşlı azərbaycanlı ölüb.

Belə ki, motosikletçi Soner Sərvan Ağayev idarə etdiyi BMW markalı motosikletlə “Fiat” markalı avtomobillə toqquşub.

Əhməd Nurullah D. (25) idarə etdiyi “Fiat” avtomobili ilə ehtiyatsızlıq edib, nəticədə Ağayevin motosikleti maneələrə çırpılaraq metrlərlə sürüklənib.

Hadisə yerinə dərhal polis və təcili tibbi yardım çağırılıb. Ancaq həkimlərin müdaxiləsinə baxmayaraq, motosikletçi hadisə yerində dünyasını dəyişib.

Ağayevin cansız bədəni müayinə üçün Məhkəmə-Tibb İnstitutuna aparılıb.

“Fiat” sürücüsü Əhməd Nurullah ifadə vermək üçün polis bölməsinə aparılıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb./milliaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*