İqlim dəyişikliyi və havaların istiləşməsi fonunda zəhərli “qara dul” hörümçəklərinin görünə biləcəyi bildirilir.
KONKRET.az xəbər verir ki, bu növ hörümçəklər son dərəcə təhlükəli hesab olunur və onların zəhəri bəzi hallarda çıngırdayan ilan zəhərindən təxminən 15 dəfə güclü sayılır.
Məlumata görə, temperaturun yüksəlməsi nəticəsində əvvəllər daha isti bölgələrdə yaşayan zəhərli həşərat və hörümçəklərin yeni ərazilərə yayılması mümkündür.
Qeyd olunur ki, “qara dul”un dişləməsi güclü ağrı, əzələ spazmları, yüksək hərarət və ciddi sağlamlıq problemləri yarada bilər.
Xüsusilə uşaqlar və yaşlı insanlar üçün riskin daha yüksək olduğu vurğulanır.\\Musavat.com
