KONKRET.az xəbər verir ki, generalın qardaşı Nazim Hüseynov vəfat edib.
O, uzun illər Salyan Rayon Təhsil Şöbəsində metodist və Salyan şəhər 1 saylı orta məktəbdə ingilis dili müəllimi işləyib. 87 yaşlı N. Hüseynov yaşadığı Bakı şəhərində dünyasını dəyişib.
Qeyd edək ki, ehtiyatda olan general-leytenant Əliağa Hüseynov 1998–2009-cu illərdə Azərbaycan Respublikasının Hərbi Komissarı, 2009–2010-cu illərdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı, 2010–2020-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisi IV və V çağırış deputatı olub.

