Azərbaycana WUF13-ü yüksək səviyyədə təşkil etdiyinə görə Meksika höküməti adından təşəkkür edirəm.
KONKRET.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində nazirlərin toplantısı zamanı Meksika nümayəndəsi deyib.
O qeyd edib ki, forum çərçivəsində irəli sürülən təşəbbüs və təkliflərin gələcəkdə reallaşdırılacağına əmindir.
O bildirib ki, inklüzivlik və insanların qərarvermə proseslərində mərkəzi şəkildə təmsil olunması dayanıqlı inkişafın əsas amillərindən biridir.
O vurğulayıb ki, “heç kəsi geridə qoymamaq” prinsipi bu istiqamətdə əsas yanaşma olmalıdır.
Meksika təmsilçisi mənzil hüququnun dövlət siyasətində prioritet yer tutmasının vacibliyini də vurğulayıb:
“Bu gün beynəlxalq müzakirələr mənzil hüququna iki fərqli yanaşmanı əks etdirir. Birinci yanaşma mənzili fundamental insan hüququ kimi qəbul edir və dövlətlərin bu hüququ təmin etmək məsuliyyətini daşıdığını nəzərdə tutur”.
O əlavə edib ki, struktur bərabərsizliklər insanların hüquq və imkanlara çıxışını məhdudlaşdırmamalıdır və dövlət siyasəti məhz bu maneələrin aradan qaldırılmasına yönəlməlidir.
