“WUF13 xalqlarımız üçün mühüm əhəmiyyət daşıyır”backend

"WUF13 xalqlarımız üçün mühüm əhəmiyyət daşıyır"

WUF13 xalqlarımız üçün mühüm əhəmiyyət daşıyır və icraedici mexanizmlərin gücləndirilməsi baxımından böyük fürsət yaradır.

KONKRET.az xəbər verir ki, bunu Sudandan olan nümayəndə WUF13 çərçivəsində keçirilən nazirlər iclasındakı çıxışında deyib.

“Biz xüsusilə bu imkanın “təhlükəsiz və dayanıqlı şəhərlərin qurulması” şüarı altında keçirilməsini yüksək qiymətləndiririk. Bu şüar Sudan xalqının yaşadığı reallığı əks etdirir.

Sudan hazırda ağır humanitar böhran yaşayır. Bu böhran silahlı qrupların törətdiyi dağıntılar nəticəsində daha da dərinləşib. Müharibə şəhərlərimizi və yaşayış məntəqələrimizi həyat dolu məkanlardan dağıntı sahələrinə çevirib. Həyati əhəmiyyətli infrastruktur — yaşayış binaları, dövlət obyektləri, su şəbəkələri, kommunal xidmətlər və təhsil müəssisələri ciddi şəkildə zərər görüb.

Bu dağıntılar yalnız insan itkilərinə səbəb olmayıb, həm də şəhər həyatını iflic edib və milyonlarla insanın ölkə daxilində və xaricində köçkün düşməsinə gətirib çıxarıb. Bu isə hərtərəfli yenidənqurma və reabilitasiya səylərini zəruri edir.
Dağıntının miqyası ölkənin imkanları üçün böyük çağırış yaradır və dayanıqlı şəhər inkişafı prosesini çətinləşdirir.
Bununla belə, Sudan hökuməti normal həyatı bərpa etmək və ölkəni yenidən qurmaq istiqamətində fəaliyyətini davam etdirir. Qardaş və dost ölkələrin, eləcə də beynəlxalq texniki təşkilatların dəstəyi ilə əsas xidmətlərin bərpası üçün layihələr həyata keçirilir. Bu layihələr xüsusilə geri qayıdan vətəndaşların yaşadığı ərazilərdə su, elektrik və digər əsas xidmətlərin yenidən təmin olunmasını əhatə edir.

Mənzil məsələsinə gəlincə, Sudan rəhbərliyi və aidiyyəti qurumlar gənclər üçün bir milyon mənzilin tikintisini nəzərdə tutan təşəbbüs irəli sürüblər və bunun yaxın gələcəkdə həyata keçirilməsi planlaşdırılır.

Sonda Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramına və bu forumun təşkilinə görə ev sahibi ölkəyə təşəkkürümüzü bildiririk. Ümid edirik ki, bu forumun nəticələri və müzakirələri davamlı inkişaf məqsədlərinə çatmağa töhfə verəcək”,- sudanlı nümayəndə bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*