“38-ci paralel” nədir? – Münaqişələrdə bu termindən də istifadə edilirbackend

"38-ci paralel" nədir? - Münaqişələrdə bu termindən də istifadə edilir

Tez-tez münaqişə tərəfləri arasında gedən danışıqlarda “38-ci paralel” ifadəsinə də rast gəlinir. Rusiya-Ukrayna müharibəsində bu terminə daha tez-tez rast gəlinir.

KONKRET.az-ın Araşdırma Qrupu həmin məsələni araşdırmağa çalışıb.

Əvvəlcə qeyd edək ki, Şimali və Cənubi Koreya arasında faktiki sərhədə çevrilmiş şimal enliyinin 38-ci paraleli boyunca uzanır.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov bildirib ki, hərbi əməliyyatları dayandırmaq üçün Ukraynaya sülh müqaviləsi imzalanmadan ərazilərin bölünməsini və siyasi nizamlanmanı ehtiva edən “Koreya ssenarisi” təklif olunur.

“İndi bizə Koreya versiyası təklif olunur. Sözdə şərti “38-ci paralel”. Ruslar indi nəyisə uyduracaqlar. Mən dəqiq bilirəm ki, onların bizə təklif edə biləcəkləri variantlardan biri 38-ci paraleldir”.

“38-ci paralel” nədir?

Sadə dildə desək, “38-ci paralel” Şimali Koreya ilə Cənubi Koreya arasındakı sərhədin qeyri-rəsmi adıdır.

İkinci Dünya Müharibəsinin sonunda ABŞ ilə Sovet Koreyası arasında inzibati əraziləri arasında ilk sərhəd məhz belə adlanıb. 1948-ci ildə Koreya Xalq Demokratik Respublikasının (KXDR, qeyri-rəsmi “Şimali Koreya”) və Koreya Respublikasının (KXDR, qeyri-rəsmi olaraq “Cənubi Koreya”) yaradılması ilə bu paralel faktiki olaraq beynəlxalq sərhədə çevrildi: amerikapərəst respublika Cənubi Koreya Li Son Manomun başçılığı ilə, şimalda isə keçmiş Qırmızı Ordu kapitanı Kim İr Senin başçılıq etdiyi sovet tərəfdarı Şimali Koreya meydana çıxdı. Eyni zamanda Sovet və Amerika qoşunları yarımadadan çıxarıldı.

İlkin bölücü xətt indiki Şimal-Cənub sərhədi kimi keçmirdi. Xətt 1945-ci ildə 38-ci paralel boyunca çəkilib. Təklifi tələsik iki amerikalı polkovnik Din Rask və Çarlz Bonstil hazırlamışdı. “National Geographic” jurnalında xəritəyə baxdıqdan sonra hərbçilər 38-ci paralelin Koreya yarımadasını təxminən iki bərabər hissəyə böldüyünü müəyyən ediblər. Onlar bu paraleli müvəqqəti ayırıcı xətt kimi seçiblər.

Rəsmi olaraq demarkasiya xətti 27 iyul 1953-cü il tarixli Atəşkəş Müqaviləsi ilə müəyyən edilib. Sənədin imzalanmasından əvvəl 1950-1953-cü illərdə Şimali Koreya ilə Cənubi Koreya arasında qanlı müharibə olub.

25 iyun 1950-ci ildə Şimali Koreya qoşunları Cənub sərhədini keçib. Sentyabr ayına qədər şimallılar yarımadanın bütün ərazisinin 90%-dən çoxunu ələ keçirə biliblər. Ardınca ABŞ-ın müdaxiləsi ilə

noyabrda demək olar ki, bütün Koreya yarımadası Cənubi Koreya və Amerika qüvvələrinin nəzarəti altında idi.

Bundan sonra general-polkovnik Penq Dehuayın komandanlığı altında Çin Xalq Könüllülərinin quru qoşunları qrupu KXDR tərəfində döyüş əməliyyatlarına daxil olub.

Bu münaqişə zamanı Britaniya Meteor MK-8, eləcə də Amerika F-80, F-84 qırıcıları və F-86 Saber reaktiv qırıcıları Sovet MiQ-larına qarşı hərəkətə keçib.

Bütün iştirakçılar döyüş əməliyyatlarının davam etdirilməsinin mənasız olduğunu başa düşsələr də, heç bir kompromis həll yolu tapılmayıb. Üzücü müharibədən sonra münaqişəyə tam son qoymaq üçün danışıqlar iki il davam edib. Yalnız 27 iyul 1953-cü ildə Panmençxonda Koreyada atəşkəs müqaviləsi imzalanıb. Sənəd hər iki tərəfin qoşunlarını həmin an mövcud olan cəbhə xəttindən 2 km geri çəkməyi nəzərdə tuturdu. Beləliklə, Koreya yarımadasının ərazisində uzunluğu təxminən 250 km və eni 4 km olan nəhəng neytral zona meydana çıxdı.

Beləliklə, hərbi demarkasiya xətti demilitarizasiya zonasının mərkəzindən keçir.

KONKRET.az-ın Araşdırma Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*