“44 günlük savaş yeni mərhələnin başlanğıcı oldu” – MÖVQE backend

“44 günlük savaş yeni mərhələnin başlanğıcı oldu” - MÖVQE 

44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə yanaşı, regionda yeni siyasi reallıqların formalaşmasına səbəb oldu. Müharibədən sonra baş verən proseslər, xüsusilə 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirləri Azərbaycanın suverenliyinin tam bərpası ilə nəticələndi. 

Bəs bu dəyişikliklər Azərbaycanın regional və beynəlxalq mövqeyinə necə təsir göstərdi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Oqtay Qasımov bildirib ki, 44 günlük müharibə ilk növbədə Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edib.

“Bundan başqa, Azərbaycan həm ədalətin bərpasına, həm beynəlxalq hüquq normalarının, həm də BMT-nin məlum qətnamələrinin icrasına nail oldu. 44 günlük savaş Azərbaycan xalqının qürurunu və ləyaqətini ucaltdı”.

Siyasi şərhçi qeyd edib ki, müharibənin başa çatması ilə bölgədə yeni siyasi reallıqlar yaranıb:

“İşğal altında olan ərazilər azad edildi. Məhz 44 günlük savaşın nəticəsi olaraq, 2023-cü il sentyabrın 19-20-də keçirilən 23 saatlıq antiterror tədbirləri nəticəsində Azərbaycanda separatizmin kökü tamamilə kəsildi və suverenlik bərpa olundu”.

Oqtay Qasımovun fikrincə, bu proses Azərbaycanın Cənubi Qafqazda yeni mərhələyə keçməsinə şərait yaradıb:

“Bununla da Azərbaycan bölgədə yeni reallıqlar yaratdı. Ermənistanla münaqişəyə son qoyuldu və yeni bir mərhələyə başlanıldı. Bu baxımdan 44 günlük savaş Azərbaycanın ən yeni tarixinin ən şərəfli səhifələrindən biri kimi xatırlanacaq”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*