ABŞ Gürcüstana şərt qoydubackend

ABŞ Gürcüstana şərt qoydu

“Birləşmiş Ştatlar Gürcüstanda “xarici agentlər” haqqında qanun layihəsinə qarşı etiraz edənlərə güc tətbiqi hallarının araşdırılmasını zəruri hesab edir”.

KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə bildirib.

O qeyd edib ki, ABŞ Gürcüstanla qarşılıqlı fəaliyyəti davam etdirməyə hazırdır:

“Lakin Gürcüstan hökuməti bunun üçün kursunu dəyişməlidir. Vətəndaş cəmiyyəti nümayəndələrinə, müxalifət fəallarına və jurnalistlərə qarşı təzyiq və fiziki güc tətbiq edilməsi hallarının artması ilə bağlı xəbərlərdən narahatıq. Bunu pisləyirik və dərhal, hərtərəfli araşdırmaya çağırırıq”, – deyə Metyu Miller bildirib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*