Bu millət vəkili köhnə nazirlə işbirliyində ittiham olundu backend

Bu millət vəkili köhnə nazirlə işbirliyində ittiham olundu 

“Vahid Əhmədovun köhnə Müdafiə naziri ilə yaxşı əlaqələri, işbirliyi olub”.

KONKRET.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Fəzail Ağamalı deyib.

O, deputat Vahid Əhmədovun Müdafiə naziri Zakir Həsənovun ünvanına səsləndirdiyi fikrilərin əsassız olduğunu bildirib: “Burada hansısa deputat yanlış fikir bildirirsə, buna münasibət bildirmək lazımdır. Vahid Əhmədova bildirmək istəyirəm ki, o vaxtlar əsgərlərin çəkmələrini valideynlər alırdı, bunun üçün ayrılan pullar ciblərə gedirdi. Hansı ciblərə gedirdi bəllidir. Köhnə Müdafiə naziri ilə sizin yaxşı əlaqələriniz və işbirliyiniz olub, bunu bilirəm. Görüşlər üçün külli miqdarda pullar yığılırdı. Bu gün isə bu hallar yoxdur. Şəffaflıqdır. İstər qidalanmada, istərsə də geyimdə. Məni susdura bilməyəcəksiniz. Biz Ordumuzla fəxr edirik. Fəxr etməyənlər mümkün olsa, qisas hissini içində saxlasınlar”. 

APA

  • Omer
    May 31, 2020 - 18:23

    Cenablar, ele bil size komanda geldi, dusmusunuz vahid muellim in ustune… Axi o sizin hemkarinizdi. Onu mudafie etmelisiniz. Fikirleri ile razi olmasa da.. Hele bir fezail muellim baxin. Ele bil ele 2002 Ci ilden gozleyirmiski vahid muellim de sehv tutsun. Hamiya melumduki vahid muellim duz adamdi. Fikirleri sizinki ile duz gelmeye boiler, bu odemek deyilki dusmen olmalidi. Ugurlar

  • Babaxan Təhməzov
    May 31, 2020 - 20:38

    Fəzail Ağamalı niyə hamınız düz şöz dediyi üçün Vahid Əhmədovun tənqid edirsiniz30 ilə yaxındır hamının bağrı qan ağlayır.Hami müharibə istəyir çunki namusu qeyrəti olan Azərbaycanlı bu dünyada yaşamaq istəmir.Zakir Həsənova heç kim hecnə demir amma Şuşada keçirilən inaqurasiya mərasimində dedilər ki erməniləri vurmaq lazımdır.Nə qədər gözləmək olar artıq camaatın səbri tükənib.Hami müharibə istəyir.Torpaqlarimizi erməni faşistlərin sən təmizləmək lazımdır.Gələcək nəsil bizi bağışlamayacaq.Belə şərəfsiz yaşamaqdansa ölüm yaxşıdır.

  • Vətənpərvər
    İyul 12, 2020 - 20:58

    Bu f.ağamalı yaman razqon götürüb e bir neçə gündür. Ona bir ağız atır buna bir şıllaq atır. Bu çımxırdıqlarını bu 30 ildə görmürdü bəyəm? Bunun knopkasını yenə basıblar ki, o danışan kuklalar kimi danışsın. Səni Salyanda üzünə tüpürub qovmadılrmı ay şərəfsiz? Sən necə oldu ki, mandat aldın, onu sənə kim verdi: ilham yoxsa xalq? Bu həmişə əkilmədiyi yerdə bitir özü də bütün ətrafı da nəcis. Özünə yox bu xalqa bu vətənə az da olsa hörmətin varsa oğurladığın o mandatı qaytar çünki o başqasının olmalıydı sənin yox. Bir də özünü onun bunun g…ə soxma.

Omer üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*