Avropada ilk dəfə Tyrannosaurus Rex (T-Rex) dinozavr skeleti Sürixdəki Koller Hərrac Evi tərəfindən satışa çıxarılıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, təxminən 67 milyon il yaşı olan dinozavr skeleti 6,2 milyon dollara alıcı tapıb.
Koller Hərrac Evinin sözçüsü bildirib ki, 11,6 metr uzunluğunda və 3,9 metr hündürlüyündə olan skelet adı açıqlanmayan bir avropalı kolleksiyaçı tərəfindən alınıb.
Qeyd olunub ki, 293 ayrı sümükdən ibarət olan “293 Trinity” adlı skelet 2008-2013-cü illər arasında ABŞ-ın Montana və Vayominq ştatlarında tapılan üç fərqli T-Rex dinozavr qalıqlarının birləşməsindən yaradılıb.
İqbal Rzayev,
KONKRET.az
