7 nəfərin xəsarət aldığı festival: Təşkilatçı hansı şirkətdir?backend

7 nəfərin xəsarət aldığı festival: Təşkilatçı hansı şirkətdir?

Göygöl rayonunun Yeni Zod kəndi ərazisində yerləşən “Xan Yurdu” etnoqəsəbəsində 7 nəfərin xəsarət alması ilə nəticələnən V Milli Yaylaq Festivalını təşkil edən şirkətin adı açıqlanıb.

KONKRET.az pravda.az-a istinadla xəbər verir ki, festval Gənclər və İdman Nazirliyinin sifarişi ilə keçirilən keirilib.

İcraçı şirkət “Vata” MMC-yə təşkilatçılığa görə 215.255 manat ödənib. 1.198 manat vergi borcu olan MMC-nin rəhbəri Faiq Məmmədovdur.

Tərəflər arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, xəsarət alanlar olub.

TƏBİB-in yaydığı məlumata görə, 3 nəfər (qadın) Göygöl Rayon Mərkəzi Xəstəxanasına, 4 nəfər (2 kişi, 2 qadın) isə Gəncədə, Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsində hospitalizasiya olunub.

Bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilən şəxslərdən 5 nəfərin müalicəsi Gəncədə davam etdirilir. Vəziyyətləri orta-ağır qiymətləndirilir. İki nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*