“Çin və Rusiya yuxudan oyananda Üçüncü Dünya müharibəsi başlayacaq” – Şok açıqlamabackend

"Çin və Rusiya yuxudan oyananda Üçüncü Dünya müharibəsi başlayacaq" – Şok açıqlama

Strateji əhəmiyyətinə görə, xüsusən də neft və digər iqtisadi qaynaqlara sahib olduqları səbəbindən Orta Şərqdə 7 ölkəni işğal etmək məcburiyyətində qaldıq.

KONKRET.az xəbər verir ki, bunu ABŞ-ın sabiq dövlət katibi Henri Kissincer ölkə mətbuatına açıqlamasında deyib.

O bildirib ki, indi də növbə İranındır:

“İranı işğal etmək üçün yalnız bir addım qalıb”.

Sabiq dövlət katibi, həmçinin qeyd edib ki, Çin və Rusiya yuxudan oyananda Üçüncü Dünya müharibəsi başlayacaq:

“Sadəcə iki supergüc – İsrail və ABŞ zəfər qazanacaq. İsrail bütün qüvvəsi ilə müharibə aparmağa məcbur olacaq. Silahlarından çoxlu sayda ərəb öldürmək və Orta Şərqin yarısını işğal etmək üçün istifadə edəcək”.

Axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*