79 yaşlı kişi koronavirusdan öldübackend

79 yaşlı kişi koronavirusdan öldü

Qərbi Avstraliya ştatında koronavirusdan ilk ölüm hadisəsi baş verib.

KONKRET.az-ın məlumatına görə, bu barədə “ABC” ştatın rəsmisinə istinadən məlumat yayıb.

Məlumata əsasən, Avstraliyada virusun ilk qurbanı, “Diamond Princess” səyahət gəmisindən təxliyə edilən 79 yaşlı kişidir.

Onun həyat yoldaşı da gəmidə olarkən koronavirusa yoluxub. Hazırda qadının vəziyyəti stabil olaraq qiymətləndirilir.

Qeyd edək ki, Avstraliyada COVID-19 koronavirusuna yoluxanların sayı 25 nəfərdir. Onların 15-i tam sağalıb.

“Diamond Princess” səyahət gəmisindən təxliyə edilən 9 nəfər isə “Darvin” klinikalarında müalicə alır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*