8 – 14 iyun həftəlik bürclər: Həyatınızda nələr dəyişəcək?backend

8 - 14 iyun həftəlik bürclər: Həyatınızda nələr dəyişəcək?

KONKRET.az milliaz-a istinadən bu həftəlik ulduz falını təqdim edir:

Qoç

Həftənin əvvəli: Diqqətiniz daxili dünyanıza və bilinçaltınıza yönəlir. Terapiya və ailə dizimi kimi fəaliyyətlər üçün uğurludur. Ailə ilə emosional bağlar güclənir, lakin xərcləriniz arta bilər.

Həftənin ortası: Özünüzə fokuslanacaqsınız. İmicinizi dəyişmək, yeni gələcək planları qurmaq istəyə bilərsiniz. Sosial media və ticarət sahəsində özünüzü yaxşı ifadə edəcəksiniz. Keçmiş incikliklər və emosional yemək problemi nüks edə bilər.

Həftə sonu: Maddi mövzular və büdcə planlaması ön plana çıxır. Ailəyə və evə investisiya etmək üçün yaxşı zamandır. Zihniniz sıx, məsuliyyətləriniz çox olacaq.

Buğa
Həftənin əvvəli: Gələcək planları və dostluq əlaqələri aktivləşir. Keçmişdən olan insanlarla qarşılaşa bilərsiniz. Kommunikasiya sahəsində daha emosional qərarlar verə bilərsiniz.

Həftənin ortası: Karyerada dəyişiklik istəyi yaransa da, artan məsuliyyətlərə qarşı səbirli olmalısınız. Daxili aləminizə çəkilmək və keçmiş yaraları analiz etmək ehtiyacı yarana bilər.

Həftə sonu: Enerjiniz və motivasiyanız yüksəlir. Xarici görünüşdə dəyişiklik edə bilərsiniz. Təhsil, ticarət və seyahət sahələrində gözəl fürsətlər var. Özünüzə güvəndiyiniz insanlarla vaxt keçirəcəksiniz.

Əkizlər
Həftənin əvvəli: Karyera və cəmiyyətdəki imiciniz parlayır. Yaratıcılığınız yüksəkdir. Edəcəyiniz bəzi fədakarlıqlar gəlirlərinizə müsbət təsir edəcək. Sağlamlığınıza diqqət yetirməlisiniz.

Həftənin ortası: Sosial çevrə və gələcək hədəflər gündəmdədir. Güclü bir şəxsdən (otoritədən) dəstək ala bilərsiniz. Münasibətlərdə gərginliyi azaltmaq üçün ani və düşünülməmiş reaksiyalardan qaçın.

Həftə sonu: Ruhsal və psixoloji işlər üçün əla vaxtdır. Sizi ləngidən düşüncələrdən azad olacaqsınız. Maddi baxımdan uğurlu fürsətlər var. Həftənin son günü gələcək planlarınızı daha ciddi şəkildə formalaşdıracaqsınız.

Xərçəng
Həftənin əvvəli: Səyahət, təhsil, xarici əlaqələr və rəqəmsal platformalar aktivləşir. Maneviyyata daha çox yer ayıracaqsınız, intuisiyanız və dünyagörüşünüz genişlənir.

Həftənin ortası: Karyerada məsuliyyətlər artır. Borc, kredit, miras və ya hər hansı bir ödəniş mövzusunda büdcənizi ciddi şəkildə nəzərdən keçirməlisiniz. Keçmişdə imicinizlə bağlı yaşanan problemlər və emosional yemək istəyi sizi çətinliyə sala bilər.

Həftə sonu: Sosial mühitiniz sayəsində yeni imkanlar qazanacaqsınız. Planlarınızı və büdcənizi yenidən reviziya edə bilərsiniz. Bazar günü isə meditasiya, daxili sakitlik və karyera üçün uzunmüddətli strateji addımlar üçün idealdır.

Şir 
Həftənin əvvəli: Kredit, sığorta, miras və ya ortaq qazanclar sahəsində gözlənilməz maddi fürsətlər yarana bilər. Xariclə bağlı mövzularda şanslısınız. Münasibətlərdə keçmişi yad edə bilərsiniz.

Həftənin ortası: İnternet üzərindən edilən alış-verişlərdə və ya vacib müqavilələrdə şərtlərə çox diqqət edin. Ətrafınızdakı insanlar baxış bucağınızı tamamilə dəyişə bilər. Səyahət və ya təhsillə bağlı sizi incidən xəbərlər ala bilərsiniz.

Həftə sonu: Karyerada böyük və gözlənilməz fürsətlər qapıdadır. Motivasiyanız yüksək olacaq, imicinizi yeniləyə bilərsiniz. Ətrafınızdakı qadın fiqurlardan güclü dəstək görəcəksiniz.

Qız
Həftənin əvvəli: Diqqətiniz tamamilə partnyorunuza və ya ortağınıza yönəlir. Onların vasitəsilə gələcək planlarınız üçün gözəl imkanlar və sosial çevrənizdən böyük dəstək qazana bilərsiniz.

Həftənin ortası: Maliyyə məsələləri (borc, kredit, vergi) gündəmə gəlir. Münasibətlərdə ehtiras arta bilər, lakin eyni zamanda məsuliyyətlər də çoxalır. Gündəlik iş rutinlərinizi dəyişmək sağlamlığınıza yaxşı təsir edəcək. Ani reaksiyalardan qaçın.

Həftə sonu: Sizi bloklayan köhnə inanc və düşüncə qəliblərini qıracaqsınız. Heyata baxışınız dəyişir. Karyera və cəmiyyətdəki statusunuzla bağlı ciddi, uzunmüddətli və uğurlu qərarlar qəbul edə bilərsiniz.

Tərəzi 
Həftənin əvvəli: İş mühitiniz, sağlığınız və ev heyvanlarınızla bağlı mövzular aktivdir. İşdə bir az fədakarlıq etməli olsanız da, bu sizə yeni karyera qapıları açacaq. Lakin xərclərə və borclara qarşı diqqətli olun.

Həftənin ortası: İkili münasibətlər ön plana çıxır. Nüfuzlu bir şəxslə ortaq iş birliyi qura bilərsiniz. Münasibətlərdə keçmiş yaralarınız yenidən özünü xatırlada bilər, emosional partlayışlardan uzaq durun.

Həftə sonu: Parasal mövzularda (kredit, şərikli büdcə) iş yerindəki qadınların dəstəyi ilə uğurlu nəticələr əldə edə bilərsiniz. Büdcənizi reviziya edin. Bazar günü isə təhsil, xarici əlaqələr və səyahətlər üçün böyük bir otoritədən dəstək görə bilərsiniz.

Əqrəb
Həftənin əvvəli: Eşq həyatı, uşaqlar və hobbilər həftəyə rəng qatır. Yaratıcılığınız və ilhamınız pik həddədir. İncəsənət və psixologiya ile maraqlana bilərsiniz. Təhsil və səyahət mövzularında emosional və manevi tərəfiniz güclənir.

Həftənin ortası: Gündəlik iş mühiti və sağlık ön plana çıxır. Kiçik qəzalara və ehtiyatsızlığa qarşı diqqətli olun! İşdə məsuliyyətlər artsa da, rəhbərlikdən dəstək görəcəksiniz.

Həftə sonu: Münasibətlərdə ehtiras yüksəlir. Partnyorunuza qarşı ani və aqressiv reaksiyalar verməməyə çalışın. Sosial media, rəqəmsal işlər və səyahətlərdən qadınların vasitəsilə gözəl şanslar əldə edə bilərsiniz.

Oxatan 
Həftənin əvvəli: Ev və ailə mövzuları aktivdir. Ailəniz üçün bəzi fədakarlıqlar etməli ola bilərsiniz. Maddi və daşınmaz əmlak mövzularında şanslısınız. İş tempiniz artır, sağlamlığa və kiçik sakatlıqlara diqqət edin.

Həftənin ortası: Eşq, uşaqlar və hobbilər sahəsində məsuliyyətləriniz artır. Münasibətlərə baxışınız dəyişir. Kommunikasiya və rəqəmsal işlərdə təsir gücünüz çox yüksəkdir. Keçmiş sevgi yaraları gündəmə gələ bilər. Xərclərə nəzarət edin.

Həftə sonu: Sağlamlığınıza və idmana vaxt ayırın. Maddi baxımdan əlinizə gözəl pullar keçə bilər. Bazar günü isə mövcud münasibətlərinizə daha ciddi və məsuliyyətli yanaşmaq qərarı alaqasınız.

Oğlaq 
Həftənin əvvəli: Ticarət, təhsil, yaxın çevrə ilə ünsiyyət ön plandadır. İlhamınız yüksək olsa da, dalğınlıq və unutqanlığa qarşı diqqətli olun. Keçmişdən olan insanlarla qarşılaşa bilərsiniz. Münasibətlərdə ehtiras artır.

Həftənin ortası: Ev və ailə daxilində dəyişikliklər, təmir işləri gündəmə gələ bilər. Ailə daxilində keçmişdə inciklik yaratmış mövzular yenidən açıla bilər, aqressiv olmayın. Psixoloji analizlər üçün uyğun günlərdir.

Həftə sonu: Hobbiləriniz, eşq həyatınız və uşaqlarla bağlı mövzular aktivləşir. Motivasiyanız çox yüksəkdir, lakin kefi xərcləmələrdən qaçınmağınız məsləhətdir. Bazar günü sağlamlığınız üçün ailənizdən kömək istəyə bilərsiniz.

Dolça
Həftənin əvvəli: Maddi mövzular və qazanclar həftəyə giriş edir. İş yoldaşlarınızın vasitəsilə gəlirlərinizi artırmaq üçün əla şanslar yaxalaya bilərsiniz. Sağlamlığınıza və özünüzə qulluq etmək ruhunuza çox yaxşı təsir edəcək.

Həftənin ortası: Təhsil, rəqəmsal işlər və ticarətdə məsuliyyətləriniz artır. Böyük bir otoritədən dəstək alacaqsınız. Keçmişdə canınızı sıxan bəzi xəbərlər yenidən gündəmə gəlsə də, düşüncə tərzinizi dəyişərək bunun öhdəsindən gələcəksiniz.

Həftə sonu: Aile daxilində bəzi fikir ayrılıqları və ziddiyyətlər ola bilər, ani reaksiyalar verməyin. Evdə bəzi dəyişikliklər edə bilərsiniz. İşinizlə bağlı gözəl fürsətlər var. Bazar günü isə cəmiyyət içində görünürlüğünüz və nüfuzunuz artacaq.

Balıqlar
Həftənin əvvəli: Ay sizin bürcünüzdədir! Tamamilə özünüzə, istəklərinizə və həyatınıza fokuslanırsınız. Romantizm, incəsənət, psixologiya və ilham bu günlərdə sizinlədir. Daxil olduğunuz hər mühitdə diqqət çəkəcəksiniz.

Həftənin ortası: Maliyyə məsələləri ön plana çıxır, uzunmüddətli büdcə planlaması edə bilərsiniz. Özünüzə olan güvəniniz və dəyərinizlə bağlı daxili analizlər apara bilərsiniz. Emosional yemək istəyinə qarşı iradənizi qoruyun.

Həftə sonu: Ünsiyyət, rəqəmsal layihələr və seyahətlər aktivləşir. Sizi geridə qoyan qorxulardan azad olacaqsınız. Özünüzü ifadə edərkən çox aqressiv və ya ani qərarlarla hərəkət etməyin. Görünürlüğünüz artabilir, hayatın keyifli yanlarına odaklanabilirsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*