8 cüdoçumuz “Böyük Dəbilqə”də mübarizəyə başlayırbackend

8 cüdoçumuz “Böyük Dəbilqə”də mübarizəyə başlayır

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə”nin birinci günündə Azərbaycanın 8 cüdoçusu tatamiyə çıxacaq.

KONKRET.az xəbər verir ki, ilk olaraq 5 çəki dərəcəsində 8 idmançı mübarizəyə başlayacaq.

Kişilər arasında 60 kq-da Rövşən Əliyev, Əhməd Yusifov, 66 kq-da Kəramət Hüseynov və Ruslan Paşayev medal qazanmağa çalışacaqlar.

Qadınlarda isə 48 kq-da Leyla Əliyeva, 52 kq-da Gültac Məmmədəliyeva və Aydan Vəliyeva, 57 kq-da isə Fidan Əlizadə güclərini sınayacaqlar.

Qadınlar

48 kq
Leyla Əliyeva – Mireya Lapuerta Komas (İspaniya)

52 kq
Gültac Məmmədəliyeva – Annika Vurfel (Almaniya)
Aydan Vəliyeva – Çarne Qrisel (Cənubi Afrika Respublikası)

57 kq
Fidan Əlizadə – Altantsetseq Batsux (Birləşmiş Ərəb Əmirlikləri)

Kişilər

60 kq
Rövşən Əliyev – Ayub Bliyev (Fərdi Neytral İdmançılar)
Əhməd Yusifov – Adel Hamada (Misir)

66 kq
Kəramət Hüseynov – Daiki Bouba (Fransa)
Ruslan Paşayev – Matteo Piras (İtaliya)

Qeyd edək ki, Azərbaycan yarışda 14 cüdoçu ilə təmsil olunur. Turnir oktyabrın 26-da başa çatacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*