Buddistlərin ruhani lideri Dalay Lama ehtiyat tədbir olaraq karantinə alınıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu ilin yanvar ayından, COVID-19 virus epidemiyasının başlamasından bəri Dalay Lama bütün tədbirləri və iclasları təxirə salıb.
Bu barədə Dalay Lamanın Rusiya, MDB ölkələri və Monqolustandakı nümayəndəsi, Kalmıkiyanın ali laması Telo Tulku Rinpoşe məlumat yayıb.
Qeyd edək ki, Dalay Lamanın 84 yaşı var.
