Abdulla Çiftçi: “İran türklərə qarşı odla oynayır” – AÇIQLAMAbackend

Abdulla Çiftçi: “İran türklərə qarşı odla oynayır” - AÇIQLAMA

“İran rəsmən türklərə qarşı odla oynayır”.

KONKRET.az xəbər verir ki, bu sözləri Türkiyənin tanınmış siyasi şərhçilərindən biri Abdulla Çiftçi bildirib.

O bildirib ki, “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda, Zəngilan Hava Limanının açılışında iştirak edərkən, İranın xarici işlər naziri tələm-tələsik Ermənistana gedir, “100 ədəd kamikadze dronunu Ermənistana hədiyyə verəcəyik”, – deyir. İranla Ermənistan arasında ticarətin həcmi 40 faiz artdığı ilə öyünən İranın dəstəyi güclənir”.

Türk analitin daha sonra bunları vurğulayıb:

“Məlum olduğu kimi, ABŞ və Qərb Ermənistanı Azərbaycanla sülhə hazırlayır və Rusiyanın təsir dairəsindən qoparmaq istəyir. Amma burada bir İran problemi var. İranın daxilində çox ciddi problemləri mövcuddur. Fars rejiminin daxili zatən qarışıq. İranda türklər ayağa qalxdığında bu dövlət alt-üst olacaq. Bu gün İranın xarici siysasəti bu ölkədə yaşayan azərbaycanlıları qıcıqlandırır. 44 günlük savaşda da güney azərbaycanlılar Ermənistana silah daşıyan tırları yandırdılar. Amma buna baxmayaraq, İran dərs almayıb. Türkiyənin getdikcə böyüyən hədəfləri var.

Zəngəzur dəhlizi açıldığında Çin də daxil olmaqla böyük iqtisadi layihələr həyata keçiriləcək. Hətta Türkmənistan qazı da bu dəhlizdən keçə bilər. Bildiyimiz kimi İran Türkmənistandan qazını ucuz alır və Türkiyəyə satır. Eyni zamanda Xəzər dənizinin çox zəngin enerji qaynaqları həm Türkiyə, həm Çin, həm də digər türk dövlətləri üçün Zəngəzur dəhlizindən cazibədar görünür. Eləcə də bu dəhliz böyük tarixi əhəmiyyət daşıyır. İndi İran bu dəhlizə qarşı olduğunu bütün vəchlə bildirir. Açıqlama verir ki, ”Biz bu regionda yabançı gücləri istəmirik”.

Maraqlıdır, gəlin soruşaq, yabançı güc kim? Rusiya, yoxsa Türkiyə? Avropa Birliyi Azərbaycanla Ermənistanı barışdırmaq üçün tələm-tələsik 40 nəfərlik nümayəndəni regiona göndərir. Burada xüsusi qeyd etmək lazımdır ki, İran Qərbə qarşı heç vaxt savaş tərəfi olmayıb, əksinə hər zaman Qərbin yanında dayanıb. İran amma bu məsələlərdə israr edir. Türkiyəyə qarşı daha da sərt mövqedə durur. Sanki deyir ki, ey Türkiyə, gəl İranı qarışdır. Avropa Birliyi də İrana hiddətlənib. Rusiyaya ballistik raketlər verir, kamikadze dronlar verir. Əlbəttə, bütün bunlar cəzasız olmayacaq. Bəli, görünən odur ki, İran odla oynayır. Belə davam edərsə, İran daxildən parçalanacaq”.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*