ABŞ bu ölkədə nüfuzunu İTİRİR: Yeni oyunçular kimlərdir?backend

ABŞ bu ölkədə nüfuzunu İTİRİR: Yeni oyunçular kimlərdir?

Son bir ildə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Rusiya və Çinlə daha fəal əməkdaşlığa başlayıb, ABŞ-dan daha az asılı vəziyyətə düşüb.

KONKRET.az xəbər verir ki, bu barədə “The New York Times” qəzetinin Fars körfəzi bürosunun rəhbəri Vivian Nereym yazıb.

Xanım Nereym məqaləsində BƏƏ lideri Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın son bir ildə iki dəfə Prezident Vladimir Putinlə görüşmək üçün Rusiyaya getdiyini, xüsusən də iyun ayında Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunu ziyarət etdiyini vurğulayır.

Müəllif qeyd edir ki, Çin Müdafiə Nazirliyi BƏƏ ilə birgə Hərbi Hava Qüvvələri təlimi keçirəcək.

V.Nereymin sözlərinə görə, bu, uzun müddət Amerika qırıcılarına, silahlarına və müdafiə vasitələrinə arxalanan BƏƏ-nin mövqeyində nəzərəçarpacaq dəyişiklikdən xəbər verir.

Məqalə müəllifinin vurğuladığı bu amillər ABŞ hökumətinin mühüm strateji tərəfdaş hesab etdiyi BƏƏ rəhbərinin getdikcə daha çox müstəqil siyasət yürütdüyünü göstərir.

Həmçinin qeyd edilib ki, ABŞ rəsmiləri Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanı müharibə başlayandan sonra Rusiyanı təcrid etmək üçün Amerikanın xarici siyasətini dəstəkləməyə inandıra bilməyiblər.

Bildirilib ki, Vaşinqtonla münasibətlər BƏƏ üçün hələ də vacibdir. Əmirliyin biznes və turizm mərkəzi statusu regiondakı təhlükəsizlik vəziyyətindən asılıdır. Əbu-Dabinin prioriteti Yaxın Şərqdə ABŞ-ın daha çox marağını təmin etməkdir.

Lakin qəzet yazır ki, ABŞ-ın ölkədə təsiri tədricən azalmağa başlayır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*