ABŞ-da helikopter qəzaya uğradı – 6 nəfər həlak oldubackend

ABŞ-da helikopter qəzaya uğradı - 6 nəfər həlak oldu

ABŞ-ın qərbində Virciniya əyalətinin Loqan qraflığında güclü qasırğa nəticəsində helikopter qəzaya uğrayıb. 

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Federal Aviasiya Administrasiyası məlumat yayıb.

Məlumata görə, “Bell UH-1B” helikopteri axşam saat 5 radələrində qəzaya uğrayıb və göyərtəsində olan altı nəfərin hamısı həlak olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib.

Qəzaya nəyin səbəb olduğu bəlli deyil, lakin fövqəladə hallar idarəsinin məlumatına görə, hadisə zamanı Loqan qraflığında şiddətli tufan müşahidə edilib.

Milli Nəqliyyat Təhlükəsizliyi Şurası və FAA (Federal Aviasiya Administrasiyası) hadisə ilə bağlı araşdırma aparır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*