Keçmiş məhkəmə hakimi və sədri Vəkillər Kollegiyasından xaric edildibackend

Keçmiş məhkəmə hakimi və sədri Vəkillər Kollegiyasından xaric edildi

Xəbər verdiyimiz kimi ötən gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclası keçirilib.

KONKRET.az postmedia-ya istinadən xəbər verir ki, iclasda bir sıra məsələlər müzakirə edilib. Eyni zamanda, Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb. Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verilən intizam pozuntularına görə 1 vəkil Kollegiyadan xaric edilib, 1 vəkilə xəbərdarlıq olunub, 4 vəkil barəsində cərimə intizam tənbehi tətbiq olunub, 2 vəkilə töhmət verilib, 2 vəkilin isə gələcək peşə fəaliyyətində qanunvericiliyin və peşə etikası qaydalarının tələblərinə ciddi riayət etməsi diqqətə çatdırılıb.

Məlumata görə, Kollegiyadan çıxarılan vəkil Nuriyev İlham Qubad oğludur.

Qeyd edək ki, bir neçə gün öncə vəkil Qocayev Babək Lətif oğlu da Kollegiyadan çıxarılıb.

Məsələ ilə bağlı Vəkillər Kollegiyasına sorğu ünvanlanıb.

Xatırladaq ki, İlham Nuriyev 2012-2013-cü illərdə Qazax Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini tutub.

Prezident İlham Əliyevin 4 oktyabr 2013-cü ildə imzaladığı Sərəncamla qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə İ.Quliyevin Qazax Rayon Məhkəməsinin hakimi və sədri səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*