ABŞ-da işsizlik səviyyəsi artdıbackend

ABŞ-da işsizlik səviyyəsi artdı

ABŞ-da kənd təsərrüfatı xaricində məşğulluq iyul ayında 114 min nəfər artmasına baxmayaraq proqnozların altında qalıb.

KONKRET.az xəbər verir ki, ABŞ-ın Əmək Nazirliyinin açıqladığı iyul ayı üzrə məşğulluq hesabatında ölkədə işsizlik nisbətinin 4,1 %-dən 4,3%-ə yüksəldiyi bildirilir.

Qeyd olunur ki, ardıcıl olaraq 4 aydır artan işsizlik nisbəti bu dövrdə 2021-ci ilin oktyabrından bəri ən yüksək səviyyəyə çatıb.

Məlumata görə iyulda ölkədə işsizlərin sayı 352 min nəfər artaraq 7 milyon 163 min nəfərə çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*