ABŞ-də yəhudi icmasının lideri ÖLDÜRÜLDÜbackend

ABŞ-də yəhudi icmasının lideri ÖLDÜRÜLDÜ

ABŞ-nin Miçiqan ştatının Detroyt şəhərinin mərkəzində “Isaac Agree Downtown” sinaqoqunun qəyyumlar şurasının sədri Samanta Uoll evinin yaxınlığında ölü tapılıb. Onun bədənində çoxsaylı bıçaq xəsarətlərinin izləri aşkar edilib.

KONKRET.az “Detroit Free Press”ə istinadən xəbər verir ki, Detroyt polisinin məlumatına görə, qan izi hücumun 40 yaşlı qurbanın evində baş verdiyini göstərir.

Detroyt meri Mayk Daqqen “Detroytun gənc liderlərindən birinin” ölümündən sarsıldığını bildirib.

Nəşr qeyd edib ki, Uoll 2022-ci ildən sinaqoqa rəhbərlik edir. Əvvəllər o, seçki kampaniyalarında iştirak edib və bir neçə demokrat siyasətçinin müşaviri olub.

Cinayətkarın və ya cinayətkarların hərəkətlərinin motivləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*