ABŞ gürcü siyasətçilərinə sanksiya tətbiq edəcək – SƏBƏBbackend

ABŞ gürcü siyasətçilərinə sanksiya tətbiq edəcək - SƏBƏB

Amerika Birləşmiş Ştatları “Xarici agentlər haqqında” qanunun təşviqinə və qəbuluna cavabdeh olan gürcü siyasətçilərə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı ABŞ Konresinə qanun layhəsi təqdim ediləcək.

Məlumatda qeyd edilir ki, Gürcüstanda “Xarici agent haqqında” qanunun təşviqinə cavabdeh olan məmurlar aktivlərin dondurulması və səyahət qadağaları ilə üzləşə bilər.

Amerikalı qanunvericilər eyni zamanda gürcü rəsmilərini “demokratiyanı təşviq etmək üçün Amerika və Qərb təşkilatlarına hücum etməkdə” ittiham edib və onları Rusiya və Çinlə əlaqələri gücləndirməkdə şübhəli biliblər.

Bu ərəfədə Ağ Evin mətbuat katibi Karin Jan-Piyer brifinqdə bildirib ki, ölkəsi “Xarici agentlər haqqında” qanunun qəbulundan sonra Gürcüstanla münasibətlərə yenidən baxacaq. Bu xəbərdarlıq hələ qanun layihəsi rəsmən qəbul edilməmişdən əvvəl səsləndirilib.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*