ABŞ-ın Cənubi Qafqazda, Ermənistanla Azərbaycan arasında münasibətlərdə yeganə məqsədi davamlı sülhün təmin edilməsi və təbii ki, Qarabağ əhalisinin ehtiyaclarının və hüquqlarının müdafiəsini təmin etməkdir.
KONKRET.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.
Miller bu barədə brifinqdə Rusiya xarici işlər naziri Sergey Lavrovun Brüssel və Vaşinqtonun Cənubi Qafqazda sabitliyi pozması ilə bağlı bəyanatını şərh edərkən bildirib.
Ariz Həsənoğlu,
KONKRET.az
