“ABŞ-ın İsrailə qoşun göndərmək niyyəti yoxdur” – Kamala Harrisbackend

“ABŞ-ın İsrailə qoşun göndərmək niyyəti yoxdur” - Kamala Harris

Birləşmiş Ştatlar İsrailə qoşun göndərmək niyyətində deyil.

KONKRET.az xəbər verir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti Kamala Harris bildirib.

“Bizim İsrailə və ya Qəzzaya qoşun göndərmək planımız qətiyyən yoxdur”, – Harris deyib.

Harrisin sözlərinə görə, ABŞ İsraili hərbi avadanlıq və məsləhətlərlə dəstəkləyir, lakin müharibənin necə aparılacağı barədə heç bir məlumat vermir.

Qeyd edək ki, keçən həftə ABŞ İsrailə hərbi məsləhətçilər göndərdiyini açıqladı. ABŞ, həmçinin bölgəyə Hərbi Dəniz Qüvvələrinə məxsus iki təyyarədaşıyan qrup göndərib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*