ABŞ İran neftini satdığı üçün bu şirkətlərə sanksiya tətbiq etdibackend

ABŞ İran neftini satdığı üçün bu şirkətlərə sanksiya tətbiq etdi

Birləşmiş Ştatlar İran neftinin və neft-kimya məhsullarının Şərqi Asiyada on milyonlarla dollarlıq satışına kömək edən Çinə qarşı sanksiyalar tətbiq edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi və Dövlət Departamenti dördü Honq-Konqda, biri Sinqapurda, digəri isə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən altı şirkətə qarşı sanksiya tətbiq edib.

Maliyyə Nazirliyi İranın ən böyük neft-kimya brokerlərindən biri olan “Fars Neft” və “Qaz Sənayesi Ticarət Şirkəti”ni (PGPICC) neft məhsullarının Şərqi Asiyaya satışını asanlaşdırmaq üçün firmalarla iş birliyinə girməkdə ittiham edib.

Bu səbəbdən də  ABŞ-dakı şirkətlərin aktivləri dondurulub və ümumiyyətlə amerikalılara onlarla iş görmək qadağan edilib.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*