ABŞ İran və Şimali Koreyaya qarşı əlavə sanksiyalar tətbiq edib. Sanksiyalara məruz qalan şəxslərin və təşkilatların siyahısı ABŞ Maliyyə Nazirliyinin saytında dərc olunub.
KONKRET.az xəbər verir ki, yenilənmiş siyahıya İran vətəndaşları və terrorizmlə əlaqəsi olan təşkilatlar, Şimali Koreyalılar isə kiber təhlükə səbəbindən əlavə edilib.
Respublikaçı senator Tom Kotton bildirib ki, ABŞ prezidenti Co Bayden Yaxın Şərqdə İrana qarşı yanlış siyasət aparır. Onun sözlərinə görə, təkcə son bir ay ərzində Tehran regionda 70-ə yaxın Amerika mövqeyinə hücum edib, lakin Vaşinqtondan adekvat cavab almayıb.
Ariz Həsənoğlu,
KONKRET.az
