Volodimir Zelenski Polşa lideri Karol Navrotskinin Ukraynaya münasibətdə səsləndirdiyi fikirlərin gələcəkdə onun üçün mənfi nəticələr doğuracağını bildirib.
KONKRET.az xəbər verir ki, TSN telekanalına müsahibəsində danışan Zelenski qeyd edib ki, Navrotskinin son addımları daha çox ölkədaxili siyasi mübarizə ilə bağlıdır.
“Düşünürəm ki, onun bu qərarı qəbul etməsi göstərir ki, o, öz ölkəsində siyasi mübarizəni ukraynalılara qarşı nifrət hisslərini artırmaq hesabına davam etdirir. Bu, pis tendensiyadır. Hesab edirəm ki, bu, onun üçün yaxşı nəticələnməyəcək”, – deyə Zelenski vurğulayıb.
Ukrayna liderinin sözlərinə görə, Navrotskinin davranışı daxili siyasi maraqlarla əlaqəlidir və bu yanaşma Polşa-Ukrayna münasibətlərinin əhəmiyyətini nəzərə almır.
Zelenski həmçinin Polşa prezidentinin adını xüsusi vurğulayaraq bildirib ki, Karol – bu onun vəzifəsi deyil, adıdır. Axı onların idarəetmə sistemi monarxiya yox, demokratiyadır.
Müşviq Tofiqoğlu
KONKRET.az
