ABŞ kitabxanalarında süni intellektdən imtina ilə bağlı pulsuz kurslar populyarlıq qazanırbackend

ABŞ kitabxanalarında süni intellektdən imtina ilə bağlı pulsuz kurslar populyarlıq qazanır

Bu dərslərdə iştirakçılara neyroşəbəkələrin necə işlədiyi izah olunur, həmçinin Apple Intelligence, Gemini və tətbiqlərdə, brauzerlərdə, eləcə də smartfonlarda quraşdırılmış digər süni intellekt funksiyalarını necə söndürmək mümkün olduğu göstərilir.

KONKRET.az xəbər verir ki, bu kurslara maraq gözləniləndən də yüksək olub. İlk mühazirələr üçün yerlər qısa müddətdə dolub, gözləmə siyahıları yaradılıb, bəzi dərslər isə çoxsaylı müraciətlər səbəbindən onlayn formatda keçirilməli olub.

Təşkilatçılar bildirirlər ki, məqsəd texnologiyalardan tamamilə imtina etmək deyil, insanların hansı funksiyalardan istifadə edib-etməyəcəyinə özlərinin sərbəst qərar vermək hüququnu təmin etməkdir.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*