ABŞ Türkiyəyə qarşı elan olunmamış müharibə APARIRbackend

ABŞ Türkiyəyə qarşı elan olunmamış müharibə APARIR

Vaşinqton Suriyada PKK-ya dəstək verməklə Ankaraya qarşı elan olunmamış müharibə aparır.

KONKRET.az xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzetinin köşə yazarı Tamer Qorxmaz bildirib.

Onun sözlərinə görə, belə bir siyasət ABŞ və Türkiyə arasında müttəfiqlik münasibətlərinə ziddir:

“Türkiyə əslində strateji düşməninə çevrilmiş ABŞ-la elan olunmamış, gizli müharibə vəziyyətindədir. Belə bir vəziyyətdə ABŞ-la münasibətlərdə yeni dönəmdən söhbət gedə bilməz”.

O, ABŞ Prezidenti Co Baydenin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla apardığı son danışıqların nəticələrinə dair müvafiq açıqlamalarını xatırladıb.

Nəşrin müəllifi yazır ki, ABŞ PKK-nın Suriya qolu olan YPG-yə hər cür dəstək verməkdə davam edir.

Bundan əlavə, Tamer Qorxmaz ABŞ-ı Kipr sahillərinə “USS Ramage” esminesi göndərdiyinə görə qınayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*