Azərbaycanın rayonlarında iyunun 30-u gündüzdən iyulun 1-i axşamadək bəzi bölgələrdə arabir yağışların yağacağı, şimşək çaxacağı gözlənilir.
KONKRET.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ayrı-ayrı ərazilərdə yağışların intensiv və güclü xarakter alması, dolu düşməsi ehtimalı var.
Həmçinin çaylarda sululuğun artacağı, dağ çaylarında isə qısamüddətli daşqın və sel riskinin yarana biləcəyi istisna edilmir.
